Giriş darvazasının bərpası

Gəgəli kəndinin 9 metr hündürlükdəki geniş Giriş darvazası hələ keçən əsrdə Paris Kommunası kolxozu tərəfindən qalın dəmir lövhələr vasitəsilə hazırlanıb. Təəssüf ki uzun müddət baxımsız qalan darvaza kəndin adını əks etdirmirdi. Giriş darvazasının təmiri və yazılarının yazılması üçün bərpaçı-rəssam Vüqar Qurbanovla xidmət müqaviləsi bağlanmışdır. 2020-ci ilin may ayında darvazanın mexaniki üsulla təmizlənməsi, iki dəfə boyanması, təsvirlərin qrafik çəkilməsi və rənglənməsi işi həyata keçirilmişdir. Darvazanın üzərində yuxarıdan aşağı olmaqla əvvəlcə iki tərəfdə bayraq, ortada gerb təsviri, gerb təsvirinin altında “Gəgəli kəndi”, onun altında bir tərəfdə loqo ilə “Gəgəli bələdiyyəsi”, digər tərəfdə loqo ilə “Gegeli Municipality”, onlardan aşağıda bir tərəfdə “Tərəkəmə yurdu”, digər tərəfdə “Axtaçı obası”, onlardan aşağıda bir tərəfdə “Ağsu rayonunun ən böyük kəndi”, digər tərəfdə “Antik-ilk orta əsrlər Nərgizava nekropolu”, çıxışda isə “Yaxşı yol” yazılmışdır. Giriş darvazasının təmiri üçün bələdiyyə büdcəsindən 2200 manat xərclənmişdir.