Vergi müvəkkili

Telman Verdiyev

Verdiyev Telman Şəmi oğlu 10 yanvar 1961-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 1968-ci il sentyabr ayının 1-də Gəgəli kənd orta məktəbinin 1-ci sinifinə daxil olub, 1978-ci ildə həmin məktəbi bitirib. 1978-1979-cu tədris ilində 118 nömrəli Texniki Peşə məktəbində təhsil alıb. 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1982-1985-ci illərdə Tovuz Sovxoz Texnikumunda texnik-texnoloq ixtisası üzrə təhsil alıb. 1985-ci ilin aprelindən 1988-ci ilin mart ayına qədər 2 №-li üzüm emalı zavodunda spirtçəkmə sexində operator, 1988-ci ilin aprelindən 1994-ci ilin yanvarına qədər Şirməmməd Məmmədov adına kolxozda 3 №li təsərrüfatın briqadiri, 1994-cü ilin yanvarından 1997-ci ilin sonuna qədər kolxozun sahə aqronomu işləyib. 1998-2004-cü illərdə Gəgəli bələdiyyəsinin üzvü olub. 2005-ci il yanvarın 25-dən 2010-cu ilin yanvarın 25-nə qədər Gəgəli bələdiyyəsində vergiyiğan işləyib. 2015-ci il yanvarın 25-dən 2021-ci il dekabrın 6-na qədər qədər Gəgəli bələdiyyəsində kargüzar kimi fəaliyyət göstərib. Hazırda bələdiyyədə vergi müvəkkili işləyir.  Ailəlidir. İki övladı var.