2014-2019-cu illər

Qürbət Kərimov

Kərimov Qürbət Abdulkərim oğlu 25 oktyabr 1960-cı ildə Ağsu rayonunun Gəgəli kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, 1968-cı ildə Gəgəli kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1978-ci ildə həmin məktəbi bitirmişdir. Qürbət Kərimov 1978-1979-cu illərdə Ağsu şəhəri 118 nömrəli texniki-peşə məktəbini bitirərək traktorçu-maşinist ixtisasına yiyələnmişdir. 1979-cu ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialına daxil olmuş, 1984-cü ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 1984-1985-ci illərdə Ufa şəhərində hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Ağsu rayonu 1 nömrəli Üzüm emalı zavodunda eyni vaxtda həm kadrlar şöbəsinin müdiri, həm də xəzinədar işləmişdir. 1988-ci ilddə Ağsu rayonu 1 nömrəli Üzüm emalı zavodunun Qəşəd məntəqəsinə sex rəisi təyin olunmuşdur. O, 1989-1993-cü illərdə Ağsu rayonu 1 nömrəli Konserv zavodunda laborant və laboratoriya müdiri işləmişdir. Qürbət Kərimov 1993-1996-cı illərdə Ağsu rayonu Şirməmməd Məmmədov adına kolxozda Təftiş komissiyasının sədri işləmişdir. 1993-1996-cı illərdə Yerli Aqrar İslahat Komissiyasının üzvü olmuşdur. 1996-2007-ci illərdə fermer kimi fəaliyyət göstərmişdir. 2007-2014-cü illərdə Gəgəli bələdiyyəsində xəzinədar işləmişdir. 2014-2019-cu illərdə Gəgəli Bələdiyyəsinin sədri olmuşdur. Hal-hazırda təqaüdçüdür. İşlədiyi müddətdə kəndin abadlaşdırılması və sosial rifahın yaxşılaşdırılması üçün fəaliyyət göstərmiş, kəndə gələn və kəndarası yolların döşənməsi, tarixi Ömər Lahıci arxının təmizlənməsi üçün çalışmışdır.