Baxış Əlişahlı

Əlişahlı Baxış Şahin oğlu 1993-cü il yanvar ayının 15-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbində oxumuşdur. 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil almışdır. 2014-2017-ci illərdə İkram Rüstəmov adına Çaparlı kənd tam orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 2017-ci ildən Sahib Mütəllimov adına Gəgəli kənd orta məktəbində riyaziyyat müəllimi kimi çalışır. 2015-ci ildən Gəgəli bələdiyyəsinin üzvüdür. Bələdiyyənin Yerli Büdcə Məsələləri Daimi Komissiyasının sədridir. Bələdiyyəyə üzv olmaqda məqsədi kəndin dirçəlməsi, müasirləşməsi və günü gündən inkişaf etməsidir.