Şəhid əsgər Namik Talışov

Talışov Namik Mürşüd oğlu 1971-ci ilin mart ayının 1-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur.

Namik Talışovun atası Talışov Mürşüd Abbasəli oğlu "Paris Kommunası" kolxozunda işləmiş, anası Talışova Aydangül İsbat qızı evdar qadın olmuşdur.

Uşaqlığını Gəgəli kəndində keçirən Namik Talışov 1978-1988-ci illərdə Gəgəli kənd orta məktəbində oxumuşdur.

Məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılmış, şəxsi şücaətlər göstərmiş, 1993-cü il aprel ayının 19-da Murov dağı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

O, 1993-cü ildə geniş ictimaiyyətin iştirakı və xüsusi mərasimlə Gəgəli kəndində "Zeyvə nənə" qəbiristanlığında dəfn edilmişdir.

Ağsu şəhərinin küçələrindən biri şəhid Namik Talışovun adını daşıyır.