Vergi ödənişləri ilə bağlı kənd sakinləri arasında maarifləndirmə işlərinin genişləndirilməsi

07 iyul 2022-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu Gəgəli bələdiyyəsinin 11 saylı iclası keçirilmişdir. İclasda bələdiyyənin doqquz üzvündən altı üzvü iştirak etmişdir. Gündəlikdə duran məsələlərdən biri "Vergi ödənişləri ilə bağlı kənd sakinləri arasında maarifləndirmə işlərinin genişləndirilməsi" məsələsinin müzakirəsi olmuşdur.


Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu məsələ ilə bağlı çıxış etmişdir: Bələdiyyənin vergi toplanması işinin qaydaya salınması üçün borcluların İcra və Probasiya şöbəsinə yönləndirilməsi bəzən narazılıqlara səbəb olur. Dəfələrlə bildiriş göndərilməsinə, müraciət edilməsinə və maarifləndirmə işlərinin aparılmasına baxmayaraq bu sahədə irəliləyiş əldə etmək çətindir. Bununla yanaşı, Torpaq Məcəlləsi, Vergi Məcəlləsi, İnzibati xətalar Məcəlləsi və digər qanunvericilik aktlarına əsasən bələdiyyənin vəzifələri haqqında maarifləndirmə işlərinin genişləndirilməsi təklif olunur. Bu işə bütün bələdiyyə üzvlərinin cəlb edilməsi lazımdır. Kənd sakinlərinin çox olduğu yerlərdə, internet resurslarında, fərdi görüşlərdə belə maarifləndirmə söhbətlərinin aparılması vacibdir.


Sonra bələdiyyə üzvü Ülvi İsmayılzadə və bələdiyyə üzvü Qürbət Kərimov qaldırılan məsələyə dair fikrini bildirdi, vergi ödənişlərinin qaydasya salınması üçün maarifləndirmə işlərinin genişləndirilməsinə razı olduqlarını, bu işdə dəstək verməyə hazır olduqlarını qeyd etdilər. 


İclasda qərara alındı: 1. Bələdiyyənin vergi toplanması işinin qaydaya salınması üçün maarifləndirmə işi genişləndirilsin; 2. Kənd sakinlərinin çox olduğu yerlərdə məlumat lövhələrində elanlar yerləşdirilsin, qanunlardan çıxarışlar qoyulsun; 3. Maarifləndirmə işlərində bütün bələdiyyə üzvləri – Xəyyam İbadzadə, Səxavət Həsənov, Baxış Əlişahlı, Murad Dəmirli, Ülvi İsmayılzadə, Qürbət Kərimov, Yusif Hacıyev, Hüsniyyə Həsənova yaxından iştirak etsinlər; 4. Qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin; 5. Qərarın icrasına nəzarət Gəgəli Bələdiyyəsinin sədri Fariz Xəlilliyə tapşırılsın.