Gəgəli bələdiyyəsinin 2022-ci il yarımillik hesabatı

01.01.2022-30.06.2022 tarixləri üzrə Gəgəli Bələdiyyəsinin ümumi gəliri cəmi 25609.56 manat olub.

Ümumi gəlirin 21632.21 manatı torpaqların icarə haqqından, 3548.36 manatı torpaq vergisindən, 172.77 manatı əmlak vergisindən, 106.22 manatı 2021-ci ildən qalıq, 150 manatı digər mənbələrdən əldə edilib.

Həmin dövrdə Gəgəli Bələdiyyəsinin ümumi xərcləri cəmi 25584.15 manat təşkil edib.

İşçilərin əmək haqqına 6499.56 manat, işçilərin əməyinin son haqq-hesabına 143 manat, işçilərin mükafatlandırılımasına 1135 manat, Dövlət Sosial Müdafiə Fonduna 1088.20 manat ödənilib. Azərbaycan Ordusuna Yardım Fonduna 30 manat, Azərpoçt MMC-yə BAMS xidmət haqqı olaraq 424.72 manat və komisyon haqqı olaraq 84.67 manat, evlərində yanğın baş vermiş Sədrəddin Sədiyev və Kəmalə Sədiyevaya maddi yardım 280 manat, Rəvan Mütəllimov xəstəliyi ilə bağlı olaraq maddi yardım 250 manat, Sarılı körpüsünün tikinti işlərinin davam etdirilməsinə 9850 manat, kənddə park və qəbiristanlıqların saxlanmasına 850 manat, Təhməzli su nohurunun təmizlənməsinə 1150 manat, inventarizasiya işlərinin aparılması üçün İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinə 2500 manat, “Azərtac” Dövlət Xəbər Agentliyinə 200 manat, gegeli.az domeninin illik xidmət haqqına 20 manat, 11 hektar torpaq üçün çıxarış və texniki pasportun alınması üçün 499 manat, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Asossasiyasına 180 manat köçürülüb.