Ağsu bələdiyyələri ilə görüş

Oktyabrın 14-də Ağsu şəhərində Ağsu rayonu bələdiyyələri üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə görüş keçirilmişdir. Görüşdə bələdiyyə üzv və qulluqçullarında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiya hüquq pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri və bu tələblərin pozulması zamanı tətbiq edilən məsuliyyət tədbirlərinin növləri, bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti, bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası, bələdiyyələrin inzibati aktın qəbul edilməsi ilə bağlı məlumatvermə vəzifəsi, inzibati aktın hüquqi qüvvəsi və nəticəsi, maliyyə hesabatlarının tərtib olunması zamanı qanunvericiliyin, o cümlədən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin vacibliyi, dövlət əmlakının bələdiyyələrə verilməsi ilə qanunvericiliyin tələbləri, bələdiyyə üzv və qulluqçularının əmək münasibətlərində iştirakı, onların hüquq və vəzifələri, yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlıq, bu sahədə həyata keçirilən tədbirlər və xarici bələdiyyələrlə qarşılıqlı münasibətlərin genişləndirilməsinin zəruriliyi barədə məlumat verilmişdir. Bələdiyyələri maraqlandıran suallar cavablandırılmışdır.