Sədrin müavini

Xəyyam İbadzadə

İbadzadə Xəyyam İntiqam oğlu 16 aprel 1997-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2003-cü il sentyabr ayının 1-də Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub, 2014-cü ildə həmin məktəbi bitirib. 2014-2015-ci tədris ilində Sumqayıt Dövlət Universitetinin Kompüter mühəndisliyi ixtisasına daxil olub. 2018-ci ildə həmin universiteti bitirib. 2018-ci ilin iyul ayından 2019-cu ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olub. 2019-cu il 23 dekabrda keçirilən bələdiyyə seçkilərində Ağsu rayonu Gəgəli bələdiyyəsinə üzv seçilib. 2020-ci ilin yanvar ayının 16-dan bələdiyyə sədrinin müavini işləyir.