Mühasib

Səbuhi Mütəllimov

Mütəllimov Səbuhi Namizəd oğlu 07 iyul 1990-cı ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 1996-cı il sentyabr ayının 1-də Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub, 2007-ci ildə həmin məktəbi bitirib. 2013-2014-cü tədris ilində Rusiya Federasiyası Dağıstan Dövlət Pedaqoji Universitetinin İqtisadiyyat və idarəetmə fakultəsinə daxil olub. 2018-ci ildə həmin universiteti bitirib. 2020-ci il fevral ayının 24-dən Gəgəli bələdiyyəsində mühasib işləyir. Ailəlidir. Bir övladı var.