Yusif Hacıyev

Hacıyev Yusif Eldar oğlu 1993-cü il aprel ayının 27-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. 1999-2008-ci illərdə Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbində, 2008-2010-cu illərdə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbində oxumuşdur. 2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-2018-ci illərdə Azərbaycan Müəllimlər İnstitutu Quba filialının Pedaqoji fakültəsinin ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışdır. Tələbəliik illərində özəl liseydə 3 il könüllü köməkçi müəllim işləmişdir. Gəncə, Şirvan, Şamaxı şəhərlərində özəl tədris müəssisələrində çalışmışdır. Hal-hazırda Şamaxı Hazırlıq Mərkəzində müəllimlik fəaliyyəti ilə məşğuldur. 2020-ci ildən Gəgəli bələdiyyəsinin üzvüdür. Bələdiyyənin Yerli Büdcə Məsələləri Daimi Komissiyasının üzvüdür. Gəgəli bələdiyyəsinə üzv seçilməkdə məqsədi kəndin inkişafı üçün əlindən gələni etmək, gənc nəslin yerli və xarici univeristetlərdə təhsil almasına köməklik göstərmək və onları istiqamətləndirməkdir.