Ağsu rayonu Gəgəli bələdiyyəsi sorğu elan edir!

Ağsu rayonu Gəgəli kəndində baş verən sel fəlakəti nəticəsində kəndarası yolların 10 km-lik hissəsi dağılmışdır. Bələdiyyə hərəkəti qısa vaxtda bərpa etmək məqsədilə yerli əhəmiyyətli yolun texnika vasitəsi ilə hamarlama, təmir-bərpa işləri aparılması üçün sorğu elan edir. İş və xidmətləri yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi texniki imkanlara malik olmalıdırlar. Sorğuda iştirak etmək istəyənlər bələdiyyə ilə əlaqə saxlaya bilərlər.

Müraciət üçün əlaqə:
Tel: +99450 876 40 43;
gegelibelediyyesi@gmail.com
Ünvan: Ağsu rayonu, Gəgəli kəndi.