Səxavət Həsənov
Həsənov Səxavət Həşim oğlu 1959-cu il yanvar ayının 3-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. 1965-1975-ci illərdə Gəgəli kənd orta məktəbində oxumuşdur. 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin Geoloji-Coğrafiya fakultəsində Təbiəti mühafizə ixtisası üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Təbiəti mühafizə şöbəsinə göndərilmişdir. 1985-1988-ci illərdə Aspiranturada əyani təhsil almışdır. Ailə vəziyyəti ilə əlaqədar Ağsu rayonuna qayıtmış, 1994-cü il noyabr ayının 4-dən Ağsu rayonu İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildən 2010-cu ilə qədər Ağsu rayonu İcra hakimiyyətində İctimai Təşkilatlar və Siyasi partiyalarla iş şöbəsinin müdiri işləmişdir. 2010-cu ilin fevral ayında səhhəti ilə əlaqədar işdən ayrılmışdır. Səhhəti normallaşdıqdan sonra 2011-ci ilin oktyabr ayında struktur dəyişikliyi olana kimi, yəni 2015-ci il fevral ayının 5-nə qədər Yerquruluşu İnstitutunun Ağsu rayonunun Regional Yerquruluşu İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2019-cu ilin dekabr ayının 23-də bələdiyyə seçkilərində üzv seçilmiş, 2020-ci ilin yanvar ayının 16-da bələdiyyə üzvlərinin təşəbbüsü ilə Gəgəli bələdiyyəsinə sədr seçilmişdir. 2021-ci il mart ayının 3-də səhhəti ilə əlaqədar sədr vəzifəsindən ayrılmışdır. Ailəlidir. Üç oğlu var.