Şəhid əsgər Həqiqət Musayev

Musayev Həqiqət Gülağa oğlu 1973-cü il avqust ayının 1-də Ağsu rayonunun Gəgəli kəndində anadan omuşdur. Həqiqət Musayevin atası Musayev Gülağa Hacıbaba oğlu Ağsu şəhərində Sanitariya epidemioloji stansiyasında işləmiş, anası Musayeva Gülzar Şahsuvar qızı evdar qadın olmuşdur. Uşaqlığını Gəgəli kəndində keçirən Həqiqət Musayev 1980-1990-cı illərdə Gəgəli kənd orta məktəbində oxumuşdur. Orta məktəbi bitirdikdən dərhal sonra, 1990-1992-ci illərdə Ağdaş şəhərində yerləşən Kənd Təsərrüfatı Texnikumunun Aqronomluq fakultəsində təhsil almışdır. Texnikumu bitirdikdən sonra Həqiqət Musayev 1992-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Xidmət vaxtı Birinci Qarabağ müharibəsinə təsadüf edən Həqiqət Musayev Xüsusi təyinatlı dəstədə komandir köməkçisi vəzifəsində döyüşlərdə iştirak etmiş, xüsusi şücaətlər göstərmişdir. O, 1992-ci ilin iyun ayının 26-da Naxçıvanik kəndi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Həqiqət Musayev 1992-ci il iyun ayının 28-də geniş ictimaiyyətin iştirakı və xüsusi mərasimlə Gəgəli kəndində "Zeyvə nənə" qəbiristanlığında dəfn edilmişdir. Şəhidin qardaşı Vasif Musayev öz oğluna şəhid əmisi Həqiqətin adını vermişdir. Gəgəli kənd ümumi orta məktəbi və küçələrindən biri şəhid Həqiqət Musayevin adını daşıyır.