Gərayev Cəbrayıl Ağababa oğlu 1973-cü ilin noyabr ayının 17-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Cəbrayıl Gərayevin atası Gərayev Ağababa Gəray oğlu "Paris Kommunası" kolxozunda işləmiş, anası Gərayeva Gülputa Yusif qızı evdar qadın olmuşdur. Uşaqlığını Gəgəli kəndində keçirən Cəbrayıl Gərayev 1981-1991-ci illərdə Gəgəli kənd orta məktəbində oxumuşdur. O, 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, həqiqi hərbi xidməti zamanı 1993-cü ildə yanvar ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 1993-cü ildə şəhid Cəbrayil Gərayev geniş ictimaiyyətin iştirakı və xüsusi mərasimlə Gəgəli kəndində "Zeyvə nənə" qəbiristanlığında dəfn edilmişdir. Ağsu şəhərinin küçələrinin biri şəhid Cəbrayıl Gərayevin adını daşıyır.