22 yanvar 2022-ci il tarixində Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilmişdir. Nəticələrə əsasən Respublika təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə müvafiq fənlər və siniflər üzrə bəzi fənnlərdən keçid faziləri aşağıdakı kimi müəyyənləşdirilmişdir. Azərbaycan dili və ədəbiyyatı fənnindən 9-cu sinif üçün 55%, 10-cu və 11-ci siniflər üçün 50%, Tarix fənnindən 9-cu sinif üçün 30%, 10-cu sinif üçün 35%, 11-ci sinif üçün 50%, Coğrafiya fənnindən hər üç sinif üçün 30%, Riyaziyyat fənnindən 9-cu sinif üçün 35%, 10-cu və 11-ci siniflər üçün 30%, Fizika fənnindən hər üç sinif üçün 30%, Kimya fənnindən 9-cu sinif üçün 45%, 10-cu və 11-ci siniflər üçün 40%, Biologiya fənnindən 9-cu və 10-cu siniflər üçün 35%, 11-ci sinif üçün 45% olaraq müəyyən edilmişdir. İnformatika fənnindən ən azı bir məsələnin həllini sistemə göndərərək tam (100) bal alan şagirdlər növbəti turda iştirak haqqı qazanmışdır. Müvafiq fənlər üzrə növbəti mərhələdə iştirak edəcək şagirdlərin adlı siyahısı artıq açıqlanmışdır. Rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.
Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin XI sinif şagirdi Qənbərov Şamil Seyran oğlu tarix fənni üzrə, lX sinif şagirdi Orucov Elmir Yaşar oğlu kimya fənni üzrə yarımfinal turunda iştirak etmək hüququ qazanmışdır. Onlar Ağsu rayonu Təhsil idarəsi tərəfindən Təşəkkürnamə ilə təltif olunmuşlar. Gəgəli bələdiyyəsi şagirdləri və onların müəllimlərini, valideynlərini təbrik edir, gələcək təhsillərində müvəffəqiyyət, növbəti mərhələdə uğur arzulayır.