Gəgəli bələdiyyəsi yanvar ayında 64 daşınmaz və daşınar əmlakını inventarlaşdırıb. İnventarlaşdırılmış daşınmaz əmlakın bərpası və təmiri istiqamətində sistemli işlərin görülməsinə başlanılıb. Belə işlərdən biri bələdiyyə mülkiyyətinə aid olan "Təhməzli su nohuru"nun lil qatından təmizlənməsi, kənarlarının möhkəmləndirilməsi, heyvanların su içməsinə rahat şəraitin yaradılması, su tutumunun artırılması istiqamətində həyata keçirilir. Su nohurlarında görülən işlər bələdiyyənin qoşulduğu beynəlxalq "İrs və iqlim" çağırışlarına dəstəyin bir parçasıdır.