Ağsu rayonu Gəgəli Bələdiyyəsinin 01.01.2022-31.12.2022 tarixləri üzrə ümumi gəliri cəmi 77463 manat olub. Ümumi gəlirin 63648 manatı torpaqların icarə haqqından, 9139 manatı torpaq vergisindən, 916 manatı əmlak vergisindən, 24 manatı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisindən, 1170 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödənişdən, 2460 manatı dövlət tərəfindən verilən dotasiyadan, 106 manatı 2021-ci ildən qalıq olaraq əldə edilib. Həmin dövrdə Gəgəli Bələdiyyəsinin ümumi xərcləri cəmi 70470 manat təşkil edib. İşçilərin əmək haqqı ödənişlərinə 22550 manat, işçilərin əməyinin son haqq-hesabına 315 manat, Dövlət Sosial Müdafiə Fonduna və digər sosial ödənişlərə 5962 manat ödənilib. Azərbaycan Ordusuna Yardım Fonduna 65 manat, Azərpoçt MMC-yə BAMS xidmət haqqı olaraq 1722 manat, evlərində yanğın baş vermiş Sədrəddin Sədiyev və Kəmalə Sədiyevaya maddi yardım 280 manat, Rəvan Mütəllimova xəstəliyi ilə bağlı olaraq maddi yardım 250 manat, Faiq Mədətova xəstəliyi ilə bağlı olaraq maddi yardım 250 manat, Emil Kərimova karate (taekvando) idman növü üzrə Respublika yarışlarına hazırlaşması və iştirak etməsinə görə maddi yardım 150 manat, Müxlisə Şamıyevaya məxsus yaşayış evində çatışmazlıqların aradan qaldırılması üçün maddi yardım 330 manat, Elvin Həsənova şəhid anım günlərinin keçirilməsi və qurbanlıq payın verilməsi üçün maddi yardım 600 manat, Sarılı körpüsünün tikinti işlərinin davam etdirilməsinə 9850 manat, bələdiyyə avtomobil yollarının saxlanılmasına 8811 manat, kənddə park və qəbiristanlıqların saxlanmasına 850 manat, təmizlik işlərinin aparılmasına 850 manat, “Təhməzli su anbarı”nın təmirinə 2800 manat, “Birinci məhəllə su nohuru”nun yenidənqurma və təmirinə 1750 manat, yanğından mühafizə tədbirləri üçün şum işinin görülməsinə 400 manat, “Məlumat lövhələri”nin montaj edilməsinə 265 manat, Şıxəlibəyli arxında təmir işlərinin görülməsinə 565 manat, bələdiyyə ofisi üçün Canon EOS 250D fotoaparatı, onun üçün mikrokart, üçayaq və mikrofon alınmasına 2000 manat, Lenovo V15 G2 ALC noutbukun alınmasına 1450 manat, bələdiyyə əmlakının inventarizasiya işinin aparılmasına 2500 manat, aktivlərin uçotunun qurulması işinə 1800 manat, “Azərtac” Dövlət Xəbər Agentliyinə 200 manat, Belediyye.info internet xəbər portalına 150 manat, 11 hektar torpaq üçün çıxarış və texniki pasportun alınması üçün 499 manat, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Asossiasiyasına 360 manat, Qarabağ Dirçəliş Fonduna 50 manat, Bələdiyyə Qulluqçularının Həmkarlar İttifaqının Ağsu Komitəsinə işçilərin üzvlük haqqı ödənişlərinə 247 manat, gegeli.az internet səhifəsinin tamamlama işlərinə 620 manat, Zəfər günü ilə əlaqədar baner və bayraqların hazırlanması və montajına 1822 manat, 2021-c il üzrə audit yoxlaması üçün “Şəfəq Audit Konsaltinq” MMC-yə 500 manat, ölkədaxili ezamiyyə üçün 180 manat, 2022-ci ilin II yarımilliyi və 2023-cü ilin birinci yarımilliyi üçün dövri mətbuatın yayımı ilə əlaqədar olaraq "Pressinform" MMC-yə 637 manat xidmət haqqı köçürülüb.