7 fevral 2023-cü ildə Ağsu rayonu Gəgəli bələdiyyəsi Türkiyə Cümhuriyyətinin şərq vilayətlərində baş verən zəlzələ ilə bağlı olaraq fövqəladə iclas keçirmişdir. İclasda iştirak edən bələdiyyə üzvləri zəlzələ zamanı vəfat edənlərin ailələrinə başsağlığı vermiş, yaralılara şəfa arzulamış, zərərçəkənlərə kömək üçün bələdiyyənin görə biləcəyi işləri müzakirə etmişlər. Qərara alınmışdır ki, bələdiyyənin büdcəsinə toplanılmış birdəfəlik ianələr hesabına Türkiyə Cümhuriyyətinin dövlət təşkilatı olan AFAD (Afet ve Acil Durum Yönetimi Başkanlığı) təşkilatının bank hesabına maddi yardım köçürülsün. Bununla yanaşı Gəgəli icmasından əşya yardımı toplanılması və Türkiyə Cümhuriyyəti səfirliyinin təşkil etdiyi “Qardaş köməyi” platformasına təhvil verilməsi planlaşdırılmışdır. 10 fevral 2023-cü ildə Gəgəli icmasından toplanılan əşya yardımı “Qardaş köməyi” platformasına çatdırılmışdır. Gəgəli bələdiyyəsi qarşıdakı günlərdə yardımlarını davam etdirəcəkdir.