Ağsu rayonu Gəgəli kəndində baş verən sel fəlakəti nəticəsində kəndarası yolların 10 km-lik hissəsi dağılmışdır. Bələdiyyə hərəkəti qısa vaxtda bərpa etmək məqsədilə yerli əhəmiyyətli yolun texnika vasitəsi ilə hamarlama, təmir-bərpa işləri aparılması üçün sorğu elan edir. İş və xidmətləri yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi texniki imkanlara malik olmalıdırlar. Sorğuda iştirak etmək istəyənlər bələdiyyə ilə əlaqə saxlaya bilərlər.