Ağsu rayonu Gəgəli Bələdiyyəsinin 01.01.2023-30.06.2023 tarixləri üzrə ümumi gəliri cəmi 54294 manat olub. Ümumi gəlirin 28600 manatı torpaqların icarə haqqından, 3076 manatı torpaq vergisindən, 531 manatı əmlak vergisindən, 140 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödənişdən, 11894 manatı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə qrant müqaviləsindən, 231 manatı ianələrdən, 4579 manatı stasionar və ya səyyar ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərə görə ödənişdən, 5243 manatı 2022-ci ildən qalıq olaraq əldə edilib.Həmin dövrdə Gəgəli Bələdiyyəsinin ümumi xərcləri cəmi 53537,83 manat təşkil edib. İşçilərin əmək haqqı ödənişlərinə 9231,80 manat, işçilərin əməyinin son haqq-hesabına 444,13 manat, Dövlət Sosial Müdafiə Fonduna və digər sosial ödənişlərə 2520,79 manat olmaqla cəmi 12196,72 manat ödənilib.Azərbaycan Ordusuna Yardım Fonduna 105 manat, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Asossiasiyasına 180 manat, Qarabağ Dirçəliş Fonduna 60 manat, Bələdiyyə Qulluqçularının Həmkarlar İttifaqının Ağsu Komitəsinə işçilərin üzvlük haqqı ödənişlərinə 187,41 manat, Bələdiyyə ofisinə dəftərxana ləvazimatının alınmasına 227,50 manat, Təmiz kənd xidmət mərkəzi üçün təsərrüfat malları və tikinti materiallarının alınmasına 1306,20 manat, Gəgəli kənd sakini Əzizov Elçin Firdun oğlunda sümük iliyi törəməsi aşkar olunması ilə əlaqədar əməliyyat xərclərinə dəstək məqsədilə maddi yardım 350 manat, Gəgəli kənd sakini Cəbrayılov Rasim Cabbar oğlunda qida borusunun karsinoması xəstəliyi aşkar olunması ilə əlaqədar əməliyyat xərclərinə dəstək məqsədilə maddi yardım 350 manat, Gəgəli kənd sakini Vəliyev Gündüz Yarməmməd oğlunun aşağı ətraf venalarının varikoz genəlməsi xəstəliyi ilə əlaqədar müalicə xərclərinə dəstək məqsədilə maddi yardım 350 manat, Gəgəli kənd sakini Sədiyeva Kamalə Məhəmməd qızına məxsus yanğından zərərçəkən yaşayış evinin inşaat materiallarının alınması üçün həmin ailəyə maddi yardım 400 manat, Gəgəli kənd sakini Sahabova Sünbül Qışlaq qızına məxsus yaşayış evində çatışmazlıqların aradan qaldırılması üçün həmin ailəyə maddi yardım 350 manat, Gəgəli kənd sakini Azərbaycan Dövlət Pedaqoji Univeristetinin Şamaxı filialında ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan Mirzəzadə Qızbəs Şükran qızının təhsil haqqına dəstək məqsədilə maddi yardım 350 manat, Türkiyə Cümhuriyyətinin AFAD (Afet ve Acil Durum Yönetimi Başkanlığı) təşkilatına zəlzələdən zərərçəkənlərə yardım üçün 500 manat, Qurban bayramında şəhid ailələri və qazilərə bələdiyyə adından qurbanlıq payların verilməsi ilə əlaqədar şəhid Namik Talışovun qardaşı Şirzad Talışova maddi yardım 400 manat, ölkədaxili ezamiyyə üçün 180 manat, məişət tullantılarının toplanması, daşınması, çeşidlənməsi, utilizasiyasına 7080 manat, Ömər Lahıci arxının alt və üst hissəsində 6 km yolun qreyder texnikası ilə yanvar ayında hamarlanmasına 1800 manat, Gəgəli kəndinin on küçəsində (Molla İsa, Şahin Quliyev, Həqiqət Musayev, Xançoban, Rəsul Rza, Nərgizava, Şirvanşah Xəlilullah, Elmir Süleymanlı, Ömər Lahıci, Elmlər küçələri) kəndarası yollara çınqıl daşınmasına 6308 manat, Sarılı körpüsünün rigel və üst tavasının metal tikinti materiallarının alınmasına 3602 manat, Sarılı körpüsünün rigel və üst tava hissəsinin beton işi qəliblərinin quraşdırılmasına 4800 manat, Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin “Noxud əkini” layihəsinə 2910 manat, Ağsu rayonu Gəgəli bələdiyyəsinin ““Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi” layihəsi çərçivəsində "Axtaçı obası" heyvanların nümayiş mərkəzinin yaradılmasına 4826 manat, "ABC-Telecom" MMC-nin bank hesabına qazonbiçən elektrik Gardena 5034 markalı maşının alınmasına 390 manat, "Bülleten: Ağsu rayonu Gəgəli bələdiyyəsi 2022-ci il hesabatı" kitabçasının nəşrinə 510 manat, “Belediyye.info” internet xəbər portalına 200 manat, Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin 2021-2022-ci illər üzrə fəaliyyəti barədə audit rəyinin alınmasına 600 manat, Bələdiyyənin 2022-ci il üzrə fəaliyyəti barədə audit rəyinin alınmasına 1690 manat, Kapital bank xidmət haqqı olaraq 148 manat, BAMS xidmət haqqı olaraq 1115 manat, Azərpoçt xidmət haqqı olaraq 66 manat xərclənmişdir.