Gəgəli kəndində asfaltlama işi sorğusu elan edilir

Ağsu rayonu Gəgəli Bələdiyyəsi kənddə yolun asfalt-beton örtüyünün döşənməsi işləri üçün sorğu elan edir!

Ağsu rayonu Gəgəli kəndində körpü və ətrafına, eləcə də girişdən dayanacağa qədər yolun asfalt-beton örtüyünün təmir üçün döşənməsi işləri üçün sorğu elan edir.

İş və xidmətləri yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi texniki imkanlara malik olmalıdırlar.

Sorğuda iştirak 24.07.2023-cü il tarixindən başlayır. Təkliflər isə 5 iş günündə təqdim edilməlidir.

Sorğuda iştirak etmək istəyənlər bələdiyyə nümayəndələri ilə əlaqə saxlaya bilərlər.

Müraciət üçün əlaqə:

Tel: +99450 876 40 43;

gegelibelediyyesi@gmail.com

Ünvan: Ağsu rayonu, Gəgəli kəndi.